logo

seirler.info

Sevgi türküləri

  (Mikayıl Muşfiq)

Çiçəklər məftunu bir bülbüləm ki,
Gözlərim baxçanın gülünə düşmüş.
Qəhrini çəkdiyim gülün surəti
Xəyalımın sakit gölünə düşmüş.

Onunçün çırpınır qolum-qanadım,
Onu yerdə deyil, göydə aradım.
Gör nə bədbəxtəm ki, axırda adım
Xırda uşaqların dilinə düşmüş.

Orda-burda keçdi gənclik həyatım
Hər yandan bağlandı rahi nicatım.
Mənliyim, şərəfim, müqəddəratım
Bir dəli ceyranın əlinə düşmüş.



______________________________________________
Teqlər:  Mikayıl Muşfiq şeirləri, 
Mikayıl Muşfiq sevgi türküləri şeiri,şeirlər,sevgi şeiri,
sevgi turkuleri seiri mikayil musfiq,seirler,sevgi şeirləri,
Çiçəklər məftunu bir bülbüləm ki,mikayıl muşfiq sevgi şeirləri

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər