(Elvin Elxanoğlu)
Sən mənim qismətim, sevgi payımsan,
Gündüz günəşimsən, gecə ayımsan.
Sanki gerçək olan röyalarımsan,
Sən oldun bu sevən könlümə həmdəm.
Ömrümün mənası, səni sevirəm...
evginin dadını səndə tapmışam,
Səninlə arzuma, kama çatmışam.
Sənlə sənsizliyin daşın atmışam,
Qəlbimi ömürlük sənə verirəm.
Könlümün sahibi, səni sevirəm...
Küləklər saçında gəzməsin deyə,
Səni yad baxışlar süzməsin deyə,
Kimlərsə qəlbini üzməsin deyə
Səni ürəyimdə mən gizlədirəm.
Ay mənim nəfəsim, səni sevirəm...
Sənsiz bircə günüm belə olmasın,
Sevgimiz çiçəkdi, heç vaxt solmasın.
Qəlbində heç zaman şübhə olmasın,
Hər zaman demişəm, yenə deyirəm:
“Sevgimin çiçəyi, səni sevirəm...”
Sevgin ürəyimdə ümman kimidi,
Varlığın ruhuma dərman kimidi.
Eşq iki ürəkdə bir can kimidi,
Səni damarımda mən hiss edirəm.
Ruhumun qidası, səni sevirəm...
Səni ürəyimə yaxın bilmişəm,
Səninlə ağlayıb, sənlə gülmüşəm.
Birdənəm, sevgimi sənə vermişəm,
Bunu həmişəlik bil, istəyirəm.
Ömrümün bəzəyi, səni sevirəm...