logo

seirler.info

Sevirəm

    (Elvin Elxanoğlu)
    
    Bilir aləm ki, onun eyni-vüsalın sevirəm,
    Sevirəm, mən o qızın hüsnü-camalın sevirəm.

    Nə qədər naz elesə, az olar, əlbət ki, ona,
    Mən o gül üzlü yarın qəmzəli halın sevirəm.

    Kim görür çeşmini Məcnun kimi divanə olur.
    Mənsə gözlərdə olan mehr-məalın sevirəm.

    Demirəm Leyli olub aşiqinə zülm eliyə,
    Əlbət ki, nazlı yarın vəsli-xəyalın sevirəm.

    Nə qədər mahi-taban olsa, mənə fərq etməz,
    Elvinəm, mən gözəlin əqli-kamalın sevirəm.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər