logo

seirler.info

Soruşma hardaydım!

(Sevinc Azadlı)

Gözünün önündə görünməz oldum?!
Soruşma hardaydım mən bu vaxtacan!
Mənim zulmətimdən aydınlıq doğdu 
Adını düşünüb, zikr etdim haçan.

Cavabı olmayan sualım oldun,
Uğruna şam kimi əridi bu can.
Yerdən ərşə qalxan dualarımdı 
Sənin yollarına işıq, nur saçan.

Bir qara buludtək başımın üstə 
Qisnətdi şimşəklər çaxdırıb keçən.
Gözümdü yağışdan yağmura düşən,
Fikrim, xəyalımdı göylərdə uçan.

O məndim min ildir yolun gözləyən,
O məndim səninçîn qolların açan.
O səndin sevgimi görməzdən gələn,
O səndin biz adlı qismətdən qaçan.
 
15.12.2024
    
 



  
_______________________________________________
Teqlər:
Sevinc Azadlı şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər