seirler.info
Sürəyyanın şöbədəsi
O qara gözlərini süzmə, gözün qurbanı,
Bir qıya baxmaq ilə məhv eləmə pünhanı.
Fitnəkar gözdə nə var, ay onu görcək gecələr,
Özünə məskən edər dalğalı bir ümmanı.
Sən özün, gül libasın, bir də o vəhşi baxışın,
Səbrini əldən alıb saqilərin pünhanı.
Zülfünü eylə kəmənd, sal kəhərin boynuna sən,
Ahular görsə yəqin tərk eləyər səhranı.
Ovlanır indi şəhərdə nə qədər nazlı maral,
Ver xəbər, çöldə marallar bilə bu dastanı.
Qalmayıb başda nədəndir daha eşqin havası,
Bəlkə o ahuların yoxdu buna imkanı?
Atdanıb eşqə nə ah çək, nə də tök göz yaşını,
Kim ki, haqq aşiqidir eşqin olar qurbanı.
Nəyə lazımdı qəbilə hamısı Məcnun ola,
Bəs edər bircə qəbilə sevə tək Leylanı.
Sən inanma ki, Züleyxanı unutmuş Yusif,
Qocalıq salmayacaqdır araya hicranı.
Fərqi yox, baxmayacaq olsa da Məryəm hətta,
Vamiqin axtaracaq gözləri bil Əzranı.
Yox Sürəyya kimi bu göz yaşını rəsm eləyən,
Ay ilə ulduzu rəsm eyləyən olmuş, bəs hanı?
Yetmişəm cənnətə bir gün, haram olsun, mən əgər
Özümə məskən edəm mən orada Tubanı.
Şəhriyar, sən də bizim dilbərə eyb axtarma,
Söyləmə sən o, fəramuş eləyib cananı.
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri