logo

seirler.info

Təbriz gözəli

    Nazlı-duzlu o pəriçöhrə ki nərgizgülüdür,
    Səni görcək vurular, sanki çəmən bülbülüdür.

    Sənin ol gözlərinin çevrəsinin rənginə, bax,
    Qərq olub göydə Sürəyya, o, bir ulduz gölüdür.

    Salam eylər, əyilər socdənə, Təbriz gözəli,
    O zərif sərvi-İrəm ki, özü Şiraz gülüdür.

    İti xəncər qaşın ilə qara zülfün oyunu –
    "Ləzgi rəqsi"ymiş, adı şerdə Qafqaz selidir.

    Yoxdu şerimdə qədimlərdəki riqqət, şübhə,
    Bu hekayət danışan telli sazın öz dilidir.

    Gözəlim, bir qulaq as, dərdimizin tərcüməsi,
    Musiqi varsa, onun həm bəmidir, həm zilidir.

    Söyləyin, usta Səba titrəsin ol pərdədə ki,
    Orda sirrin evinə pasiban eşqin əlidir.

    Cilvəyi-hüsni-ilahinlə bacarmaz rəssam,
    De ki, yığsın qələmi, rəngi, o rənglər ölüdür.

    Yandırıb qol-qanadım, sonra salıblar qəfəsə,
    Quşa bax ki, hələ də uçmaq onun nisgilidir.

    Üfüqün Şərqdə İşıqlanması olmur əbədi,
    Çünki Qərb də günəşə öz yuvası, öz elidir.

    Sənə şohrət gətirib məndə hünər gözləməyin,
    Şəhriyaram, qəzəlim incə gözəllər tülüdür.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər