logo

seirler.info

Həzin təranə

    Qəlbim eşqin nəvasına başlayanda hər səhər,
    Ulu tanrım, özün söylə, neyləsin bu dərbədər.

    Dünən gecə yatmamışam naləsindən ürəyin
    Bu gün odlu nəğməsini kaş edəydi müxtəsər.

    Yazıq sənin bağbanına, bar gətirməz zəhmətin,
    Həyatmı bada vermiş, ömrü getmişdir hədər.

    Dünən gecə göz yaşında qərq olmuşdu ürəyim,
    Gül yanaqlım, həsrətində nələr çəkmişəm, nələr?!

    Köç qəlbimdən, qorxuram ki, göz yaşımın tufanı
    Sənin könül otağını edə yerlə bərabər.

    Məhəbbətin yollarında ömür qoyan aşiqə
    Bir nəzər qıl, yola sal ki, gəlib çatdı son səfər.

    Xəyalına söylə qalsın, hicranına alışım,
    Öz alovlu eşqinə də, lütf eyləsin bir qədər.

    Ey vəfasız, qorxuram ki, ölüb gədəm, dünyada
    Məndən sonra əhvalına acımaya bir nəfər.

    Gördün yazıq pərvanənin nahaq tökülən qanı
    Qoymadı ki, şəm eyləsin zülmətini al səhər.

    Şəhriyarın ürək yaxan qəmli təranəsini
    Eşq oduna alışanlar əzbər deyəcək, əzbər.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər