logo

seirler.info

Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut

    Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!
    Tutma zühhadın müxalif pəndini, peymanə tut!
    
    Dişlədimsə ləlin, ey qanım tökən, qəhr eyləmə,
    Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut!
    
    Cizginirkən başına şəmi rüxündən canımı
    Mən qılma, anı həm, ol şəmə bir pərvanə tut!
    
    Gər sənə əfğanimi bihudə dersə müddəi,
    Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut!
    
    Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni
    Xah bir aqil xəyal et, xah bir divanə tut.
    
    Ey olub sultan, deyən dünyadə məndən qeyri yox,
    Sən səni bir cüğd bil, dünyanı bir viranə tut.
    
    Ey Füzuli, dəhr zalinin firibindən saqın,
    Olma qafil, ər kimi tərpən, özün mərdanə tut!
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Azərbaycan klassik ədəbi irsinin bu nümunəsi orijinal mənbələr əsasında rəqəmsal arxivə daxil edilmişdir. Qəzəl janrının ənənələrinə sadiq qalaraq yazılmış bu əsər, şairin yaradıcılığının əsas hissələrindən biri hesab olunur. Məqsədimiz bu cür ədəbi inciləri qoruyub saxlamaq və gələcək nəsillərə orijinal üslubunda çatdırmaqdır. Əsər orta əsrlər poeziyamızın dil və məna xüsusiyyətlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

#Şairlər #PoeziyaArxivi #Şeirlər