logo

seirler.info

Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş

    Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş,
    Ağzını derlərdi yox, dediklərincə var imiş.
    
    Aciz olmuş yıxmağa ah ilə kuhi Kuhikən
    Neyləsin miskin, onun eşqi həm ol miqdar imiş.
    
    Daşə çəkmiş xəlq üçün Fərhad, Şirin surətin,
    Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş.
    
    Kəbə ehraminə zahid, dedilər, bel bağladı,
    Eylədim təhqiq, onun bağlandığı zünnar imiş.
    
    Ömrlərdir eylərəm əhvali-dünya imtəhan,
    Nərdi-ömrü hasili-dünya həman bir yar imiş.
    
    Zövqi-didarilə dildarın, yox etdim varimi,
    Dövləti-baqi ki, derlər, dövləti-didar imiş.
    
    Dün Füzuli, arizin görgəc, rəvan tapşırdı can,
    Laf edib derdi ki, canım var, əmanətdar imiş.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Azərbaycan klassik ədəbi irsinin bu nümunəsi orijinal mənbələr əsasında rəqəmsal arxivə daxil edilmişdir. Qəzəl janrının ənənələrinə sadiq qalaraq yazılmış bu əsər, şairin yaradıcılığının əsas hissələrindən biri hesab olunur. Məqsədimiz bu cür ədəbi inciləri qoruyub saxlamaq və gələcək nəsillərə orijinal üslubunda çatdırmaqdır. Əsər orta əsrlər poeziyamızın dil və məna xüsusiyyətlərini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir.

#Şairlər #PoeziyaArxivi #Şeirlər