logo

seirler.info

Ey vəfasız

    Ey vəfasız, səni mən ta özümə yar elədim,
    Gül kimi ömrümü saldım ayağa, xar elədim.

    Əhdü peyman bizim, zövqü səfa özgələrin,
    İnanıb andına əvvəl səni dildar elədim.

    Kafir olsaydı əgər rəhmə gələrdi, gözəlim,
    O qədər ki, sənə mən dərdimi izhar elədim.

    Qeyr ilə həmdəm olub qəmlə məni yad elədin,
    Səndən ötrü haımnı könlümə əğyar elədim.

    Qoymusan nazbalışa başını, hardan biləsən
    Ki, daş üstündə nə cür cismimi bimar elədim.
  
    Ata dağiylə yanan körpə kimi dərdindən,
    Ətəyində anamın odlu fəğanlar elədim.

    Sırğanın dürrünə bənzər bu axan göz yaşımız,
    Bu səbəbdən onu mən min dəfə təkrar elədim.

    Dinləməz bir də fələk kimsə şikayət etsə,
    Çünki fəryadım ilə artıq onu kar elədim.

    Göz dikib mən qapma hər gecə ta sübhə kimi,
    Aləmi öz başıma həsrət ilə dar elədim.
    
    Şəhriyara, məni zülm ilə o, pamal etdi,
    Ta öpüb yollarını, eşqimə sərdar elədim.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər