logo

seirler.info

Yarı yad etmək

    
    Bahar olanda gəlir xatirimə yar mənim,
    Oyadır xatirəmi şövq ilə bahar mənim.

    Güləndə gün göy üzündə bulud tökər yaşını,
    Ürəyim ağlayacaq anda zar-zar mənim.

    Elə artar qəmimin, fəryadımın da sayı bil,
    Özünə dərdli sinəm dərdləri bağlar mənim.

    Gətirər sübh yeli yarımın ətrin, nə gözəl,
    Yadıma bir də düşər ətri-zülfi yar mənim.

    Görəndə laləni dağın döşündə, kövrələrəm,
    Dağlı könlüm darınxıb gör nec ağlar mənm.

    Yada düşdükcə nigarımla keçən günlərimiz
    Gözlərimdə bu çəmən, gül də olar yar mənim.

    Yaz da yaşıl geyinib, barlı olur bağlar da,
    İlahi arzularım verməyibdi bar mənim.

    Çəməndə bülbül ötər, gül görünsə gözlərinə,
    Nədəndir güllər olur gözlərimdə xar mənim.
  
    Nə xoşdu xəstə dəmimdə əgər gələ nigarım,
    Yenə təbibim ola gözləri xumar mənim.

    Kəsib məlamət ilə sultanım sözü, getdi,
    Sanıbdı söhbətimi bəlkə də o ar, mənim.

    Bu qönçə qəlbimi həsrət yamanca sarsıtdı,
    Yenə açılmayacaq gəlsə yüz bahar, mənim.

    İlahi, qaytar özün Şəhriyara nəğməsini,
    Desin, baharda gələr xatirimə yar, mənim.
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər