logo

seirler.info

Yenə vardır

    (Əliağa Vahid)
    
    Ey gül, sənə könlümdə məhəbbət yenə vardır,
Əvvəl var idi vəslinə həsrət yenə vardır.

Zülfündən idi sübhə kimi hər gecə söhbət,
Hər yerdə, hər işrətdə o söhbət yenə vardır.

Çox zalımı məhv etdi, dəyişdirdi təbiət,
Səndə, mələyim, vəhşi təbiət yenə vardır.

Zülfün, nə qəm, eylərsə könül mülkünü yəğma,
Fəth etsə qoşun hər yeri, qarət yenə vardır.

Min fitnə yatıb naz ilə ahu baxışında,
O məsti-xətadidədə adət yenə vardır.

Göstərmə o gül çöhrəni, qoy bilməsin aləm,
Hazırda bizim əsrdə cənnət yenə vardır.

Vahid, bu qəzəldə sənə Möcüz verib ilham,
Sənətkar özü yoxsa da, sənət yenə vardır. 



_______________________________________________
Teqlər:
Əliağa Vahid qəzəlləri,
Ey gül, sənə könlümdə məhəbbət yenə vardır, Əliağa Vahid yenə vardır qəzəli,qəzəl, Eliaga Vahid,yene vardir qezeli,qəzəllər, Vahid qəzəllər,super qəzəl,qezel, Vahidin qəzəlləri,sevgi qezelleri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər