seirler.info
Yox, bu sən deyilsən
(Nüsrət Kəsəmənli)
Qayıdıb gəlibsən gözləri yaşlı,
Deyirsən, bir daha küsən deyilsən.
Hanı o vüqarın, o saymazlığın;
Yox, bu sən deyilsən, bu sən deyilsən.
Deyirsən vaxt keçir, zaman gözləmir,
Dilin dediyini, ürəyin demir.
Bu yalvaran gözəl sənə bənzəmir,
Yox, bu sən deyilsən, bu sən deyilsən.
Getdiyim hər yeri güdən sən idin,
Küsəndə aylarla itən sən idin,
Çırpıb qapıları gedən sən idin,
Yox, bu sən deyilsən, bu sən deyilsən.
Deyirsən küsənlər barışar yenə,
Nə tez boyun əydin beş gunlük qəmə?
Özündən razılıq yaraşır sənə
Yox, bu sən deyilsən, bu sən deyilsən.
Dərdlisən, dərdini get danış suya,
Əl açma, alçalma mən verən paya,
Elə bil dilənçi gəlib qapıya
Yox, bu sən deyilsən, bu sən deyilsən.
_____________________________________
Teqlər: Nüsrət Kəsəmənli şeirləri ,
Nusret Kesemenli , seirler ,
Nusret Kesemenli seirleri ,
yox bu sən deyilsən şeiri ,
yox bu sen deyilsen seiri ,
Nüsrət Kəsəmənli bu sən deyilsən ,
ayrılıq şeirləri , şeir ,
sevgi şeirləri , super şeir
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri