seirler.info
Yox
(Aytəkin Səfərəliyeva)
Hərənin öz dərdi var,
Dilinin söz dərdi var,
Ürəyin köz dərdi var,
Tüstüsünü görən yox.
Ruhumun qəm paltarın
Eşqimin kəm paltarın
Kirpiyin nəm paltarın
Çıxararaq sərən yox.
Qəhər doldu sözümə
Kədər qondu üzümə
Bir ev qurdum özümə
Qapısından girən yox.
Səssiz əsən küləyin
Ölən arzu, diləyin
Yetim qalan ürəyin
Saçlarını hörən yox.
Dünyanın vəfasını
Dərdini, cəfasını
Bir ömür səfasını
Axıracan sürən yox.
_______________________________________________
Teqlər: Aytəkin Səfərəliyeva şeirləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri