(Bəxtiyar Nemətli)
Gülüm, gözündə gizləmə,
Nəzərinin çaxışını.
Məndən xəlvət məni güdən,
Oğrun-oğrun baxışını.
Tuti dilin bala bənzər,
Baxışların iti xəncər,
Məhəbbətin başa əngəl,
Tərk eləmir vərdişini.
Adın məndə yeganə, tək,
Gəl qəlbimi al, şişə çək,
Gözəlliyin dəyişəcək,
Bu dünyanın gərdişini.
Sənə taymı yoldan ötən,
Zərif gülsən qəlbdə bitən,
Mümkün deyil gözdən itə,
Gəl gizləmə təşvişini.
Bənzəyirsən nazik tülə,
Qar altından çıxan gülə,
Canım aldın gülə-gülə,
Tanrı rast salsın işimi…
______________________________________________
Teqlər: Bəxtiyar Nemətli şeirləri,
Bəxtiyar Nemətli zərif gülsən şeiri,
zerif gulsen seiri Bextiyar Nemetli,
bextiyar nemetli seirleri,şeirlər