seirler.info
Bu nə adətdir, ey türki-pərizad
Bu nə adətdir, ey türki-pərizad,
Qəmindən olmadım bir ləhzə azad.
Siyəhdil gözlərin qan tökmək üçün
Çəkibdir tiğini manəndi-cəllad.
Bu bidadı mana eşqin qılıbdır,
Cahanda qılmadı Nəmrudü Şəddad.
Rəvamı, könlümün şəhrində səndən
Fəraqü qüssəvü qəm tutdu bünyad.
Gəl, ey Şirindəhən, eşqin yolunda
Mənəm ol kuhkən biçarə Fərhad.
Nəzər qılgil bu viran könlümə, şah,
Qılır sultan olan viranı abad.
Bir eyü ad edin fani cahanda,
Ululardan cahanda qaldı bir ad.
Nəsiminin kəlamından eşitgil,
Vəfasızdır cahan, sən qılma bidad.
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi, qəzəllər, qezeller,
İmadeddin Nesimi qezelleri, qəzəl, qezel
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri