logo

seirler.info

Ağrımaz


    Canə sən candan nə kim gəlsə, cigərlər ağrımaz,
    Həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.
    
    Şəha, mehrindənmidir, ya aşinalıqdanmıdır,
    Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.
    
    Fitvasından zahidin nahəq məni gər soyalar,
    Qəm deyil səndən şəha, görcək damarlar ağrımaz.
    
    Zahidin əfsanəsindən soydular nahaq məni,
    Həqq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.
    
    Şişəmi çün daşə çaldım, Həqqi izhar eylədim,
    Çeşmi əhval ağrıdan arif bəsərlər ağrımaz.
    
    Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
    Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
    
    Cəhli-namərdin qaçan meydan günündə yeri var,
    Ər bilir meydan qədrin kim, qədirlər ağrımaz.
    
    Soyun, ey murdar sallaxlar, Nəsiminin tənini,
    Bunca namərdi görün, bir ər qıyarlar; ağrımaz.
  
  
  
    _________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi, qəzəllər, qezeller,
    İmadeddin Nesimi qezelleri, qəzəl, qezel,
    ağrımaz qəzəli, nəsimi agrimaz qəzəli
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər