seirler.info
Çəkər
Dilbəra, eşqində aləm sərbəsər qovğa çəkər,
Sanma ki, eşqin bəlasın mən qulun tənha çəkər.
Gər sana təqrir edəm şərhi-dərunum şəmməsin,
Bazuyi-himmət qələm bər-kuhü ba-səhra çəkər.
Aşiqi-həqbin qılır yarın tamaşasın bu gün,
Zahidi-xudbin durubdur qüsseyi-fərda çəkər.
Sübhi-vəslindən camalın afitabın görməyə,
Gözlərim ta sübhdəm bidariyi-şəbha çəkər.
Ey Nəsimi, yarın əsmasın dilindən qoymagil
Kim, müsəmmaya səni xasiyyəti-əsma çəkər.
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi çəkər qəzəli, qəzəllər,
İmadeddin Nesimi qezelleri, qəzəl, qezel
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri