logo

seirler.info

İstəmə


    Sən sana gər yar isən var, ey könül, yar istəmə!
    Yarü dildar ol sana, sən yaru dildar istəmə!

    Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
    Bivəfa aləmdə sən yari-vəfadar istəmə!

    Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
    əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!

    Mərifətdir xalis altun, sikkəsi fəzlü hünər,
    Altunu tanı, zəfəldən ari dinar istəmə!

    Rəbbi-ərninin cəvabı ləntərani çün gəlir,
    Səndə gör didarı, andan özgə didar istəmə!

    Həqqə münkirdir fərih, inanma ol şeytanə kim,
    Yoxdur ol cinxilqətin zatinə iqrar, istəmə!

    Ari göftar, ey könül, gerçəklərin nitqidürür,
    Hər diliəgridə yoxdur ari göftar, istəmə!

    Cifədir dünya, anın talibləri adı kitab,
    Olma kəlb anın kim, oldu adı murdar, istəmə!

    Şərbəti ağuludur fani cahanın, sən anın,
    Şərbətindən nışudaru umma, zinhar istəmə!

    Dünyanın sevgisi ağır yük işim, məndən eşit,
    Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!

    Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün,
    Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə!



    _________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi istəmə, qəzəllər , qezeller ,
    İmadeddin Nesimi qezelleri , qəzəl , qezel ,
    istəmə qəzəli , nəsimi isteme qəzəli

#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər