seirler.info
Aşiq bǝla yolunda gǝrǝk kim, hǝmul ola
Aşiq bǝla yolunda gǝrǝk kim, hǝmul ola,
Mǝşuqǝdǝn ana nǝ gǝlürsǝ, qǝbul ola.
Gerçǝk mühibbǝ cövrü cǝfa çünki yar edǝr,
Neçün cǝfadǝn incinǝ, qǝmdǝn mǝlul ola?
Nazü nǝimü işrǝti-cavid içindǝdir,
Dilbǝrdǝn ol könül ki, muradı hüsul ola.
Hǝr aşiqin ki, yar ilǝ oldu çǝravü çün,
Arif qatında adı anın bülfüzul ola.
Şirin hǝlavǝt ol yemiş imiş ki, sidrǝsi,
Zatında xub xilqǝtü şirinüsul ola.
Yoxdur nǝsibi eşqi-hǝqiqǝtdǝn, ey könül,
Şol kimsǝnin ki, mürşidi naqisüqul ola.
Ey xaliqin ǝmanǝtini zaye eylǝyǝn,
Layiqdir ada ol ki, zülumǝn-cǝhul ola.
Gǝr şǝrh edǝrsǝm ayǝti-hüsnün kitabını,
Hǝr bab içindǝ fǝslinǝ yüz min füsul ola.
Meracǝ çıxdı ruhi-Nǝsimi Buraq ilǝn,
Şol laşǝdǝn nǝ faidǝ kim, la-zǝlul ola?
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi ola , qəzəllər , qezeller ,
İmadeddin Nesimi qezelleri , qəzəl , qezel ,
ola qəzəli , nəsimi ola qəzəli
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri