logo

seirler.info

O nə üzdür, o nə saçdır düşüb aləmdə səsi


    O nə üzdür, o nə saçdır düşüb aləmdə səsi,
    Surətin aydı, uzun saçların Əhya* gecəsi.
    
    O nə gözdür ki, açılmaz üzümə bəxtim tək,
    Sankı sərməst yatıb, açmağa yoxdur həvəsi.
    
    Odun üstündə üzərlik kimi sıçrar huri,
    Bir zaman olsan əgər pərdə üzündən çəkəsi.
    
    Suyun üstündə naxış çəkməyə bənzər bu gecə,
    Yatmağa cəhd eləmək, kim deyəsi? Kim biləsi?
    
    Yoxa çıxdım ufacıq zərrə kimi qarşında,
    Bir günəşdir vücudun, ülvidi, olmaz ötəsi.
    
    Ört üzün özgədən, ey ay kimi parlaq dilbər,
    İraq olsun rəqibin nəhs gözü, pis nəfəsi.
    
    Badə ver, saqi, edək nuş, budur doğru seçim,
    Qorxuram çatmaya heç məqsədə iman yiyəsi.
    
    Bal dodaqlar xəyalından ürəyim qan oldu,
    Göz yaşım bir ərimiş ləl ilə yaqut tikəsi.
    
    Qaraüz müşk ilə ənbər utanıb, qısqanmış,
    O zamandan ki, saçın ətri tutub Yer kürəsi.
    
    Məni sərməst edib artıq yetərincə gözlər,
    Məndən əl üz bu gecə, saqi, içir başqa kəsi.
    
    Kəpənək tək dolanır şam üzünün çevrəsinə,
    Tanrının xətrinə od vur mənə, sındır qəfəsi.
    
    Süzülür bal kimi zövq ilə Nəsimi şeiri,
    İncəliklə düzülən incidi baxsan hərəsi.



    _________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi , qəzəllər , qezeller ,
    İmadeddin Nesimi qezelleri , qəzəl , qezel ,
    səsi qəzəli , nəsimi səsi qəzəli
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər