seirler.info
Ümmana girən eşq ilə, dürdanəyə uğrar
Ümmana girən eşq ilə, dürdanəyə uğrar,
Şükrana verən canını, cananəyə uğrar.
Yanmaqdan əgər qorxur isən şəm’ə yapışma,
Şol atəşi gör kim, necə pərvanəyə uğrar.
Mənsur kimi cuşa gələr, söylər ənəlhəq,
Hər aşiqi-sadiq ki, bu meyxanəyə uğrar.
Getməz dünü gün cami-şərabı nəzərindən,
Hər kimsə ki, şol nərgisi-məstanəyə uğrar.
Təsbih ilə səccadəyi bir cür’əyə satar,
Şol sufiyi-safi ki, bu peymanəyə uğrar.
Əfsanə satar aşiqə əfsun ilə vaiz,
Aşiq qaçan ol qissəvü əfsanəyə uğrar?
Zəncir saçın şöylə dəli qıldı məni kim,
Əqlin itirər kim ki, bu divanəyə uğrar.
Girdi hərəmi-Kə’beyi-təhqiqə Nəsimi,
Hənnanə təvaf eylərü mənnanəyə uğrar.
______________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi uğrar qəzəli , qəzəllər , qezeller ,
İmadeddin Nesimi qezelleri , qəzəl , qezel ,
sevgiyə aid qəzəl , sevgi qəzəlləri
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri