logo

seirler.info

Əhdə vəfa eylədi yari-vəfadarımız


    Əhdə vəfa eylədi yari-vəfadarımız,
    Yar ilə gör kim, necə düşdü əcəb karımız.
    
    Eşqi-cəmalın məni kəndüdə məhv eylədi,
    Oldu tamam uşbu gün eşq ilə bazarımız.
    
    Qəmzələrin sirrini canda dedim saxlayım,
    Daşrə buraxdı könül pərdədən əsrarımız.
    
    Eşqə əlac istəmə, dərdinə səbr eylə, dur,
    Gör ki, nə dərman qılır yari-dilazarımız.
    
    Kim ki, səni sevmədi, eşqinə can vermədi,
    Yoxdur anın həqqinə zərrəcə iqrarımız.
    
    Zahid əgər aşiqə münkir olur, qəm degil,
    Həq bizə oldu əyan, qalmadı inkarımız.
    
    Əhdə vəfa eyləgil, ta deməsin müddəi,
    Qövlü qərar üstünə durmadı dildarımız.
    
    Batinə kar eylədi eşqi-rüxün şoylə kim,
    Tə’nə urar altunun rənginə rüxsarımız.
    
    Gərçi Nəsimi sözün dadını verdi, vəli
    Dadə gətirdi anı ləfzi-şəkərbarımız.
  


    ______________________________________________
    Teqlər:  Imadəddin Nəsimi qəzəlləri , 
    İmadəddin Nəsimi , qəzəllər , qezeller ,
    İmadeddin Nesimi qezelleri , qəzəl , qezel
  
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri

Bu şeiri bəyəndinizmi?

Ədəbi Qeyd

Bu poeziya nümunəsi seirler.info rəqəmsal ədəbiyyat arxivi tərəfindən ədəbi irsimizin gələcək nəsillərə çatdırılması və milli ədəbi dilimizin təbliği məqsədilə rəqəmsallaşdırılmışdır. Mətnin tərtibatı zamanı müəllif üslubuna və dövrün poetika qaydalarına maksimum sadiqlik nümayiş etdirilmişdir. Azərbaycan ədəbiyyatının incilərini vahid platformada toplamaqla oxucularımıza zəngin və keyfiyyətli mütaliə mühiti yaratmağa çalışır, Azərbaycan poeziyasının incilərini təqdim etməyə davam edirik.

#Şairlər #PoeziyaArxivi #Şeirlər