seirler.info
Hǝr kim ki, baxa bir dǝm dilbǝr qaşı yasına
Hǝr kim ki, baxa bir dǝm dilbǝr qaşı yasına,
Navǝklǝrinǝ qarşu ya can tuta, ya sinǝ.
Dedim sǝnǝ, ya naseh, yar tǝrkin edǝ bilmǝn.
Bil doğru bu sözümnü sınamavü ya sına.
Bimari-qǝmi-eşqin timar ilǝ önülmǝz,
Yarǝb, nola bir sorsan bu halǝti-yasina.
Daş alubani dilbǝr, könlüm şişǝsin atar.
Qarşu tutaram, şişǝ bilmǝm qala ya sına.
Qaşı yayını qurmuş, qanımı tökǝr billah.
İnanmaz isǝn baxgil qolları boyasına.
Mǝhbubi-dilaramsan bir bax mana sǝn, yarǝb,
Yarǝb, dilǝrǝm sǝndǝn bu sureyi-yasina.
Xǝstǝ Nǝsimi, yarın ǝhvalını heç sormaz,
Sormağına çün gǝlmǝz, barı gǝlǝ yasına.
_________________________________________
Teqlər: Imadəddin Nəsimi qəzəlləri ,
İmadəddin Nəsimi yasına , qəzəllər , qezeller ,
İmadeddin Nesimi qezelleri , qəzəl , qezel ,
yasına qəzəli , nəsimi yasina qəzəli
#SevgiŞeirləri|#AyrılıqŞeirləri|#VətənpərvərlikŞeirləri